AZ EN RU

Yeni Azərbaycan Partiyası Culfa Rayon Təşkilatı 15 İyun – Milli Qurtuluş Günü münasibətilə tədbir keçirib

Tədbirdə Təşkilatın sədri,  Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Qadir İbrahimov, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Fərəc Fərəcov, Dizə kənd ərazi ilk partiya təşkilatının sədri Ədalət Əhmədov, Culfa şəhər uşaq musiqi məktəbi ərazi partiya təşkilatının sədri Şükufə Bağırova çıxış edib, Milli Qurtuluş Günü bayramı münasibətilə xalqımızı, bütün  YAP üzvlərini təbrik ediblər. 
Sonra təşkilata qəbul edilmiş gənc üzvlərə Yeni Azərbaycan Partiyasının vəsiqələri təqdim olunub.

Nəşr edilib : 14.06.2024 17:29