AZ EN RU

Yeni ATS quraşdırılıb

    Muxtar respublikada rabitə və yeni texnologiyalar sahəsində yeni infrastrukturun qurulması, müasir texnologiyaların tətbiqi istiqamətində tədbirlər davam etdirilir.
    Həyata keçirilən tədbirlərin davamı olaraq Kəngərli rayonunun Qıvraq qəsəbəsində sakinlərə müasir multimedia xidmətlərinin göstərilməsi üçün yeni NGN tipli Avtomat Telefon Stansiyası quraşdırılıb. Bu layihənin həyata keçirilməsi mövcud resurslar və ehtiyatlar hesabına Nazirliyin və tabeli qurumların mütəxəssisləri tərəfindən həyata keçirilib. Belə ki, Nazirliyin mühəndisləri tərəfindən mövcud Karel tipli ATS üzərindəki nömrələr yeni quraşdırılan 848 nömrətutumlu Avtomat Telefon Stansiyasına köçürülüb.
    Qeyd edək ki, yeni quraşdırılan ATS vasitəsilə istifadəçilər telefon rabitəsi ilə yanaşı, yüksəksürətli internet, video görüntülü rabitə və çoxlu sayda servis xidmətləri ilə təmin olunurlar.

Naxçıvan Muxtar Respublikası Rabitə və

Yeni Texnologiyalar Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 27.10.2023 21:21