AZ EN RU

Yeddinci turun oyunlarına yekun vurulub

16 yaşadək Ümumdünya Şahmat Olimpiadasında yeddinci turun oyunlarına yekun vurulub.
"Azərbaycan-Naxçıvan" komandası bu turda Honqkonk yığması ilə üz-üzə gəlib. Fərdi görüşlərin heç birində məğlub olmayan və yalnız 1-ci turda heç-heçə edən Hüseyn Seyid Cheng Justin Hong-Cehn ilə oyunda da qələbəni təmin edib. Rza Həsənli-Yiheng Li, Rəcəb Abdullabəyli-Ben Han Xuqain  qarşılaşmasında isə təmsilçilərimiz ağ-qara masanı məğlub tərk ediblər. Komandamızın qız təmsilçisi Nazlı Hümbətova isə Liyun Lang ilə görüşdən qalib ayrılıb. Komandamız rəqiblə hesabı bərabərləşdirib. 2:2. Ötən turu qələbə ilə başa vuran “Azərbaycan-1” komandası Qazaxıstan komandası ilə görüşdə uğurunu təkrarlaya bilməyib. 1,5:2,5-. “Azərbaycan-3” komandası isə Gürcüstan-2 komandası ilə görüşdə rəqibinə şans tanımayıb. 4:0. “Azərbaycan-Sumqayıt” komandası isə CAR-2 komandası ilə görüşdən məğkub ayrılan tərəf olub. 3:1. Meksika yığması ilə üz-üzə gələn “Azərbaycan-2” komandası isə heç-heçə edib - 2:2. Digər bir təmsilçimiz “Azərbaycan-4” komandası da "Gürcüstan-1" komandası ilə bərabər edib - 2:2.
Bu tur azarkeşlər iki lider komandanın görüşünü izləyib. “Türkiyə-Red” komandası növbəti dəfə İran yığması ilə qarşılaşıb. Çətin keçən oyunda qardaş ölkənin komandası qələbə qazanıb və liderliyini möhkəmlədib-3:1. 7-cı turda keçirilən digər qarşılaşmalarda aşağıdakı nəticələr qeydə alınıb.
Hindistan-“Özbəkistan-1”-1,5:2,5
Özbəkistan-2 - Kuba-3:1
Türkiyə-Anatolia - Qırğızistan-2:2
Moldova - Monqolustan-2,5:1,5
Banqladeş - Latviya-3:1
CAR-1 - Panama-2,5-1,5
CAR-3 - Malayziya-0,5-3,5
Kanada – Türkiyə-White –  1,5:2,5
İngiltərə- Şri-Lanka – 2,5:1,5
Livan – Misir-3,5-0,5

Ceyhun MƏMMƏDOV

Nəşr edilib : 09.10.2022 10:05