AZ EN RU

Yay mövsümündə kənd təsərrüfatı məhsulları istehsalında nələrə diqqət etməliyik

    Yay mövsümündə ən çox istifadə olunan kənd təsərrüfatı təyinatlı qida məhsulları sırasında meyvələrlə yanaşı, tərəvəz və bostan bitkilərindən pomidor, xiyar, qarpız və yemiş üstünlük təşkil edir. Bu qidalar tərkibinin zənginliyinə, eyni zamanda az kalorili olduğuna görə xüsusi diqqət çəkir.
    Məhsulların becərilməsindən əlavə onların saxlanması, satışı və istehlakı zamanı bir çox məsələlər diqqətdə saxlanılmalıdır.  Nəzərə almaq lazımdır ki, yanlış addımlar insan orqanizmində müxtəlif fəsadlar yaradır. Belə ki, bəzi hallarda sahibkarlıq subyektləri tərəfindən məhsulların bazara çıxışının tez təşkil edilməsi üçün həddindən artıq gübrə normalarından istifadə olunur. Bununla yanaşı, məhsullar yuyulmadan istehlak edilir. Eyni zamanda bazarlardan kənar yolboyu satılan məhsullar səhərdən axşama qədər günün altında, üstüaçıq vəziyyətdə saxlanılır. Bu proses saxlanma yerlərində də müşahidə olunur. Məhsulun becərmə dövründə aqrotexniki qulluq qaydaları düzgün aparılsa da, gübrələr normada verilsə də, yuxarıda qeyd edilən hallar qida zəhərlənmələrinə səbəb olur. Hətta zəhərlənmə ölümlə də nəticələnə bilər.
    Xüsusilə hazırda qarpız və yemişin daha çox istifadə olunduğunu nəzərə alaraq bildiririk ki, ölkəmizdə yemiş və qarpızın yetişmə vaxtı iyul ayının ortalarından sonra başlayır. Təbii ki, hazırda məhsulların tez yetişən sortları, o cümlədən digər ölkələrdən idxalı da mövcuddur.
    Kənd təsərrüfatı məhsullarını istehlak edərkən hər kəsə diqqətli olması tövsiyə olunur.

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin
 mətbuat xidmət

Nəşr edilib : 04.07.2023 21:15