AZ EN RU

"Yay məktəbi"ndə intellektual oyunlar, viktorinalar keçirilib

Ağbulaq İstirahət Mərkəzində Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi ilə əlaqədar  xüsusi kateqoriyadan olan uşaqların (valideyn himayəsindən məhrum və bir valideynini itirmiş, eləcə də çoxuşaqlı ailələrdən olan) iştirak etdiyi "Yay məktəbi"ndə Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən intellektual oyunlar təşkil olunub, viktorinalar keçirilib. Viktorinada vətənimizin tarixi keçmişi, şanlı hərb tariximiz, xalqımızın dünyaya bəxş etdiyi görkəmli şəxsiyyətlər və digər mövzularda ünvanlanan suallara uşaqlar həvəslə cavab verməyə çalışıblar.

Naxçıvan Muxtar Respublikası 
Ailə, Qadın və Uşaq Problemləri üzrə 
Dövlət Komitəsinin mətbuat xidməti

Nəşr edilib : 30.06.2024 10:30