AZ EN RU

Yay məktəbi təşkil edilib

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar olaraq Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının təşkilatçılığı ilə Ağbulaq İstirahət Mərkəzində xüsusi qayğıya ehtiyacı olan ailələrin uşaqları, o cümlədən, şəhid, qazi, hər iki valideynini itirmiş və valideyn himayəsindən məhrum olmuş, tək valideynli olmaqla 40 uşaq üçün 2023-cü il 20 iyun tarixdən 22 iyun tarixədək “Yay məktəbi”  təşkil edilib.

Yay məktəbində uşaqlar 3 gün ərzində maraqlı oyunlar, viktorinalar, mütaliə saatı, ekskursiyalar, uşaq hüquqları ilə bağlı seminar, futbol, voleybol oyunları, idman yarışları ilə məşğul olacaqlar.

Yay məktəbinin ilk günündə Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova  və Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri Qəzənfər Abdullayev salamlayıb, uşaqlara Yay düşərgəsində xoş  və səmərəli istirahət arzulayıblar.

Düşərgənin birinci günü uşaqlar ilk əvvəl  Ağbulaq İstirahət Mərkəzi ilə tanış olublar.  Daha sonra təşkil edilən əyləncəli oyunlarla vaxtlarını maraqlı keçirib, mütaliə saatında bədii kitabları oxuyaraq  oxuduqları kitabları müzakirə ediblər. Uşaqlar Yay məktəbində nahar yeməyi və İstirahətdən sonra təşkil edilən  viktorinada iştirak ediblər. Şahbuz Rayon Mədəniyyət Şöbəsinin Mahnı və Rəqs Ansamblının konsert proqramı uşaqların zövqunü oxşayıb. Uşaqlar şam yeməyindən sonra  “Heydər Əliyev və uşaqlar” mövzusunda videoçarxa baxıblar.

Naxçıvan Muxtar Respublikası

Ailə, Qadın və Uşaq Problemləri üzrə

 Dövlət Komitəsinin mətbuat xidməti

Nəşr edilib : 21.06.2023 11:18