AZ EN RU

Yay Futbol Düşərgəsi başa çatıb

    Ümummilli Lider Heydər Əliyevin 100 illiyi ilə əlaqədar Futbolun İnkişaf Fondu tərəfindən 2023-cü ilin 19-25 iyun tarixdə Futbol İnkişaf Fondunun Uzunoba bazasında təşkil edilən 7 günlük futbol düşərgəsi başa çatıb.
   7 gün davam edən düşərgə maraqlı anlarla yadda qalıb. Düşərgə iştirakçıları bir həftə ərzində UNICEF-in və nazirliklərin aid əməkdaşlarının keçirdiyi müxtəlif təlimlərə, seminarlara cəlb olunub, mövzuya dair videoçarx, film, slaydlar izləyiblər. İştirakçılar futbolun sirlərini öyrənib, futbol sahəsində öyrəndiklərini əyani olaraq ali dərəcəli hakim Elçin Məsiyevin müşayiətində futbol məşqlərində həyata keçiriblər. Düşərgənin yekununda uşaqlar sertifikatla təltif ediliblər. Eyni zamanda təşkilatçılara təşəkkürnamələr təqdim edilib.
    Uşaqların asudə vaxtlarının səmərəli təşkili, intellektual inkişafı məqsədilə təşkil edilən Yay Futbol Düşərgəsi xoş təəssüratla yadda qalıb.

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidməti
 

Nəşr edilib : 25.06.2023 15:12