AZ EN RU

Yaşıllıq sahələri genişləndirilir

    Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkının Ordubad rayonunun Düylünçay yatağı yaxınlığında 1 hektar sahədə 500 ərik və 300 tut tingi, eyni zamanda Arazboyu Dövlət Təbiət Yasaqlığı ərazisində Qaraxanbəyli kəndi yaxınlığındakı 0,5 hektar sahədə 310 badam tingi əkilmişdir.
    Həmçinin Milli Parkın Şahbuz rayonunun Biçənək kəndi yaxınlığındakı “Zərnətün” adlanan ərazidə isə 5 hektar əvvəlcədən şırım açılmış sahədə toxumla əkin aparılmışdır. Əkin zamanı ərazinin iqlim şəraitinə uyğun olan ağac və kol bitkilərinin toxumlarına, o cümlədən yemişan, həmərsin, alça, badamça və sınaq məqsədilə həm də sumaq toxumları əkilmişdir. Bu kimi tədbirlər yaşıllıq sahələrinin genişləndirilməsi ilə yanaşı, torpağın münbitliyinin qorunması, külək və su eroziyasının qarşısının alınmasında mühüm rol oynayır. Ağac və toxum əkini tədbirləri digər ərazilərdə də davam etdirilir.

Naxçıvan Muxtar Respublikası 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 31.03.2023 21:10