AZ EN RU

Yaşıllıq sahələri genişləndirilir

    Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkının Ordubad rayonu Düylün çay yatağı yaxınlığında 1 hektar sahədə 500 ədəd ərik və 300 ədəd tut tingləri, eyni zamanda Arazboyu Dövlət Təbiət Yasaqlığı ərazisində Qaraxanbəyli kəndi yaxınlığındakı 0,5 hektar sahədə 310 ədəd badam tingləri əkilmişdir.
    Nazirliyinin əməkdaşları tərəfindən Milli Parkın Şahbuz rayonu Biçənək kəndi yaxınlığındakı “Zərnətün” adlanan ərazidə isə 5 hektar əvvəlcədən şırım açılmış sahədə toxumla əkin aparılmışdır. Əkin  zamanı ərazinin iqlim şəraitinə uyğun olan ağac və kol bitkilərinin toxumlarına üstünlük verilmişdir.
    Yemişan, həmərsin, alça, badamça, o cümlədən sınaq məqsədilə sumaq toxumları əkilmişdir. Bu kimi tədbirlər yaşıllıq sahələrinin genişləndirilməsi ilə yanaşı torpağın münbitliyinin qorunması, külək və su eroziyasının qarşısının alınmasında mühüm rol oynayır. Ağac və toxum əkini tədbirləri digər ərazilərdə də davam etdirilir.


Naxçıvan Muxtar Respublikası 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin
 mətbuat xidməti

Nəşr edilib : 31.03.2023 17:08