AZ EN RU

Yaşıllıq ərazilərinə aqrotexniki qulluq davam etdirilir

    Hər ilin yaz və payız mövsümlərində həyata keçirilən aqrotexniki tədbirlər mühüm ekoloji əhəmiyyət kəsb edir.
    İyunun 4-də keçirilən növbəti belə kütləvi tədbirlərdə də yaşıllıq zolaqlarına aqrotexniki qulluq göstərilib. Belə ki, Naxçıvan şəhərinin sakinləri Uzunoba Su Anbarının yaxınlığındakı terrasda, müəssisə və təşkilatların yaşıllıq sahələrində, şərurlular Naxçıvan-Sədərək magistral yolunun Yuxarı Daşarx və Zeyvə kəndləri hissəsində yol kənarlarındakı yaşıllıqlara qulluq ediblər. Babəklilər Naxçıvan-Ordubad magistral yolunun Çeşməbasar kəndi hissəsində və Naxçıvan-Şahbuz magistral yolunun Xalxal kəndi hissəsindəki, ordubadlılar 1,5 hektarlıq ərik bağında və turizm əhəmiyyətli kəndlərə gedən yolların kənarlarındakı hissələrdə yaşıllaşdırma və abadlıq işləri aparıblar. Culfalılar rayonun yaşıllıq ərazilərində, Kəngərli rayonunun sakinləri Naxçıvan-Sədərək avtomobil yolunun Böyükdüz kəndi hissəsində və Qıvraq-Püsyan avtomobil yolunun kənarlarındakı bağlarda, həmçinin orta məktəblərin ərazilərində, şahbuzlular yaşıllıq sahələrində, sədərəklilər Heydərabad qəsəbəsindəki 4, Dəmirçi kəndindəki 2 hektarlıq bağlarda və Gömrük məntəqəsinə gedən yolun kənarlarındakı yaşıllıqlara aqrotexniki qulluq göstərib, təmizlik və suvarma işləri aparıblar.
    Həmin gün Naxçıvan şəhərində ahıl vətəndaşın evində təmizlik işləri görülüb.
    Aqrotexniki qulluq tədbirlərində 17 min 955 nəfər iştirak edib.

Xəbərlər şöbəsi

Nəşr edilib : 06.06.2022 17:48