AZ EN RU

“Yaşıl məktəb” layihəsi çərçivəsində ümumtəhsil məktəblərinin ərazilərinə 3 mindən artıq ting əkilib

Martın 30-da Naxçıvanda ilk dəfə olaraq “Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi”nə və “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunan “Yaşıl məktəb” layihəsi  çərçivəsində Şərur, Babək, Ordubad, Culfa, Kəngərli, Şahbuz, Sədərək rayonlarının ümumtəhsil məktəblərinin əraziləriə 3 mindən artıq   meyvə ağacları  və dekorativ tinglər əkilib. 
Ağacəkmə aksiyasında ümumtəhsil və  məktəbəqədər təhsil müəssisələrinin  pedaqoji kollektivləri, şagirdlər, valideyinlər və  ictimaiyyət nümayəndələri iştirak edib. 
Qeyd edək ki,  Naxçıvan Muxtar Respublikası Təhsil, həmçinin Ekologiya və Təbii Sərvətlər nazirliklərinin birgə təşkilatçılığı ilə həyata keçirilən “Yaşıl məktəb” layihəsi  çərçivəsində muxtar respublikanın ümumtəhsil müəssisələrinin ərazilərində reylefə uyğun 10000 meyvə və dekorativ ağacların əkilməsi nəzərdə tutulur. 
Layihəyə mart ayının  əvvələrindən başlanılıb və ilk olaraq  Naxçıvan şəhərində yerləşən ümumtəhsil müəssisələrinin ərazilərinə  1100  ting əkilib.

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 30.03.2024 16:18