AZ EN RU

“Yaşıl enerji” ehtiyatlarımız 9 ildə 567 meqavat artıb

Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin (IRENA) 2024-cü il üzrə hesabatına əsasən, Azərbaycan 2014-2023-cü illər ərzində “Yaşıl enerji” ehtiyatlarını 567 meqavat artıraraq 1688 meqavata çatdırıb.

Sənədə görə, 2023-cü ildə respublikada hidroenergeti­ka gücü 2014-cü illə müqayisədə 224 meqavat artaraq 1302 meqavata çatıb. Hesabat dövründə külək enerjisinin gücü 2014-cü ildəki 3 meqavatdan 2023-cü ildə 67 meqavata, günəş enerjisi 2 meqavatdan 282 meqavata yüksəlib. “Yaşıl enerji”nin digər hissəsi isə bərk bioyanacaq, bərpa olunan tullantılar, bioqazla işləyən güclərdən alınan bərpaolunan eh­tiyatın payına düşüb.

Azərbaycanın enerji sistemində bərpaolunan enerji mən­bələrinin (o cümlədən su elektrik stansiyaları) payı 2014-cü ildəki 15,2 faizdən 2023-cü ilin sonuna 20,3 faizə yüksəlib.

Nəşr edilib : 11.04.2024 10:21