AZ EN RU

"Yaşıl dünya naminə həmrəylik ili"nə həsr olunmuş tədbir keçirilib

Naxçıvan Müəllimlər İnstitutu və  "Naxçıvan Ekoloji Maarifləndirmə və Ətraf Mühitin Mühafizəsinə Dəstək" ictimai birliyinin birgə təşkilatçılığı ilə "Tələbələrdə ekoloji dünyagörüşün formalaşdırılması" mövzusunda tədbir keçirilib. 
Tədbir ümummilli lider Heydər Əliyevin "Mən istəyirəm ki, hamınız təbiəti qoruyanlar olasınız!" fikirləri rəhbər tutularaq, gənclərə ekoloji tərbiyəni aşılamaq, onları sağlam ətraf mühit üçün daim həmrəy olmağa çağırmaq məqsədilə keçirilib. 
Tədbirdə giriş sözü ilə Naxçıvan Müəllimlər İnstitutunun rektoru, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Azad Novruzov çıxış edib. Rektor keçirilən bu tədbirin əhəmiyyətindən danışıb, dünyanı narahat edən ekoloji problemlər, iqlim dəyişiklikləri və onların canlı aləmə mənfi təsirlərini, ekoloji mədəniyyəti gənclərin diqqətinə çatdırıb.
 Birliyin həmtəsisçiləri- Naxçıvan Müəllimlər İnstitutunun Tələbə Gənclər Təşkilatının sədri, institutun doktorantı Aygül Məmmədova və  Təbii Ehtiyatlar İnstitutunun əməkdaşı, Naxçıvan Dövlət Universitetinin doktorantı Aytən Kərimova çıxış edib, bildiriblər ki, bu sahəyə diqqətin artırılması, ölkə və  beynəlxalq həmrəyliyin gücləndirilməsi dünyamız, sağlam gələcək üçün olduqca vacibdir.
Sonra ictimai birliyin idarə heyətinin üzvü, Naxçıvan Dövlət Universitetinin Coğrafiya kafedrasının müdiri,  Pedaqogika üzrə fəlsəfə doktoru,  dosent Elnarə Seyidova "Naxçıvan Muxtar Respublikasında ekoloji problemlərin əsas istiqamətləri", Naxçıvan Müəllimlər İnstitutunun Ümumi fənlər kafedrasının müdiri, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Qızıllı Əliyeva "Ətraf mühitin mühafizəsi və ekoloji tarazlığın qorunması məsələləri" mövzusunda,  mövzusunda çıxış ediblər.  Tədbirin sonunda mövzu ilə bağlı tələbələri maraqlandıran suallar cavablandırılıb.

Nəşr edilib : 09.05.2024 18:45