AZ EN RU

"Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində tədbir keçirilib

Naxçıvan şəhər 14 nömrəli tam orta məktəbdə "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində “Karbon ayaq izi” adlı maarifləndirici tədbir keçirilib. Tədbirin keçirilməsində əsas məqsəd şagirdlərin ekoloji dünyagörüşünü, təbii sərvətlərin öyrənilməsi vasitəsilə idraki səriştələrinin formalaşmasını, məktəblilərin ekoloji hərəkata, ekolojiyönümlü fəaliyyətə cəlb edilməsini, praktiki bacarıqları və təşkilatçılıq qabiliyyətlərini stimullaşdırmaqdan ibarətdir. Tədbir Naxçıvan Şəhər Təhsil Şöbəsinin əməkdaşı Ceyran Məmmədovanın, Gənclər və İdman İdarəsinin rəisi Tahir Məmmədlinin və Ekologiya və Təbii Sərvətlər Nazirliyi əməkdaşı Ziyad Abbasovun giriş nitqi ilə başlayıb, diskussiya şəklində davam edib. Əvvəlcədən müəyyən olunmuş qutuya şagirdlər tərəfindən təhvil verilən işlənmiş batareyalar Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən təhvil alınıb. Məktəbin direktoru Famil Abdullayev məktəb ərazisinə batareyaların yığılması üçün xüsusi qutunun quraşdırılması təklifi ilə çıxış edib. Sonda fəal şagirdlər “Ekocəngavər andı" içib və təşkilatçılar tərəfindən “Naxçıvan şəhərinin Ekocəngavəri” fəxri fərmanına layiq görülüb.

Tədbir 50 şagirdin iştirakı ilə reallaşıb.

Nəşr edilib : 18.04.2024 20:26