AZ EN RU

“Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci və 10-cu bəndlərini rəhbər tutaraq qərara alır:

“Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 2, maddə 88; 2001, № 11, maddələr 669, 676; 2002, № 1, maddə 2, № 5, maddələr 237, 243; 2006, № 6, maddə 478; 2007, № 8, maddə 756, № 12, maddə 1197; 2008, № 7, maddə 602, № 8, maddə 701; 2009, № 7, maddə 519; 2010, № 3, maddə 171; 2013, № 3, maddə 229, № 5, maddə 470; 2014, № 11, maddə 1336; 2015, № 5, maddə 497; 2016, № 1, maddə 37; 2017, № 1, maddə 29; 2018, № 12 (I kitab), maddə 2506; 2020, № 7, maddə 826; 2021, № 8, maddə 897; 2023, № 2, maddə 172) 2-ci maddəsinin beşinci hissəsinə “qəyyumun (himayəçinin),” sözlərindən sonra “himayədar valideynin (himayədar ailənin),” sözləri əlavə edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 30 may 2023-cü il

Nəşr edilib : 12.07.2023 15:00