AZ EN RU

“Yaşa Azərbaycan” adlı konsert keçirilir

Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin və  “Naxçıvan Qaziləri” İctimai Birliyinin təşkilatçılığı ilə Naxçıvan şəhərində yerləşən Heydər Əliyev sarayında “Yaşa Azərbaycan” adlı konsert  keçirilir. Konsertdə vətənpərvərlik mahnıları ilə tanınan Nurlan Ordubadlı və Elvin Nasirin ifasında mahnilar səslənir. Tədbirdə Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən rəqs qurupları da iştirak edir.

Qeyd edək ki, konsertdən toplanan vəsait “Naxçıvan Qaziləri” İctimai Birliyinin bank  hesabına köçürüləcək.

Ramiyə ƏKBƏROVA

Nəşr edilib : 10.01.2024 15:50