AZ EN RU

Yarımfinalın ilk oyunları keçirilib

    Naxçıvan Şahmat Mərkəzində keçirilən kişilər arasında şahmat üzrə Azərbaycan çempionatında yarımfinal mərhələsinin ilk oyunları keçirilib.
    Püşkə əsasən bu turda beynəlxalq usta Məhəmməd Muradlı (2528) qrossmeyster Vasif Durarbəyli (2615), qrossmeyster Aydın Süleymanlı (2530) qrossmeyster Misrətdin İsgəndərov (2566) cütlükləri üz-üzə gəlib. Həlledici qarşılaşmadan öncə Vasif və Misrətdin ilk qələbələrini qazanıblar.
    Yarımfinalda keçiriləcək ikinci görüşlər bu gün oynanılacaq.    
    Qeyd edək ki, iki klassik oyundan sonra qalib müəyyən edilməzsə, rəqiblər nəzarət vaxtı – oyunun sonuna qədər 15 dəqiqə və hər gedişə 10 saniyə əlavə olunmaqla iki oyun və əgər yenə də hesabda bərabərlik olarsa, 5'+3" nəzarət vaxtı ilə daha iki oyunda qalibi müəyyən etməyə çalışacaqlar. Sonda bərabərlik halında “Armageddon”-da, ağlara 5 dəqiqə, qaralara isə 4 dəqiqə nəzarət vaxtı ilə qalibi müəyyən edəcəklər; heç-heçə qaraların qələbəsi kimi qəbul olunur. 
    Yarımfinalın qalibləri finalda birinci yer, məğlub şahmatçılar 3-cü yer uğrunda mübarizə aparacaqlar.

Ceyhun MƏMMƏDOV

Nəşr edilib : 15.02.2022 19:45