AZ EN RU

Yaradıcı və həvəskar şəxslərin nəzərinə!

Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi və “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar “Naxçıvan ailəsi film və fotolarda” mövzusunda IX muxtar respublika yaradıcılıq müsabiqəsi elan olunur.
Müsabiqə Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən telejurnalist və rejissorlar, ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri, fotoqraflar və digər şəxslər arasında keçiriləcək.
Müsabiqədə iştirak etmək istəyən şəxslər təqdim edəcəyi film və fotoları şəxsiyyət vəsiqələrinin surəti və müvafiq anketlə birlikdə 04 oktyabr 2024-cü il tarixədək Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə təqdim etməlidirlər.
Əlavə olaraq bildirilir ki, müsabiqədə hər bir müəllif 1 və ya son hədd 5 ədəd olmaqla film və foto ilə iştirak edə bilər.
Film (5-8 dəqiqə olmaq şərti ilə) CD və ya elektron daşıyıcılarda (1 ədəd diskdə və ya flaşkartda); foto (5 ədəddən artıq olmamaq şərti ilə) CD və ya elektron daşıyıcılarda (1 ədəd diskdə və ya flaşkartda), 20x30 sm və daha böyük ölçülü rəngli kağız formatda olmalıdır.
Müsabiqəyə təqdim edilən işlər yeni olmalı, heç bir tədbirdə iştirak etməməlidir.
Müsabiqəyə təqdim olunmuş işlər “Ən yaxşı film” və “Ən yaxşı foto” nominasiyası üzrə münsiflər heyəti tərəfindən müəyyənləşdiriləcək, müvafiq diplom və hədiyyə ilə mükafatlandırılacaqlar.
Birinci yer (2 nəfər);
İkinci yer (2 nəfər);
Üçüncü yer (2 nəfər);
Həvəsləndirici yer  (6 nəfər).

 Qeyd: Müsabiqəyə təqdim olunan materiallar geri qaytarılmır.

Əlaqələndirici şəxs: Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə, qadın problemləri və gender məsələləri şöbəsinin aparıcı məsləhətçisi Yaqut Abbaszadə 
Ünvan:  Naxçıvan  şəhəri, H.Əliyev  42 
Telefon: 545-39-75

Nəşr edilib : 01.05.2024 11:49