AZ EN RU

Yaradıcı kollektiv Gəncə şəhərində tamaşa nümayiş etdirib

    Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrı  fransız yazıçısı Viktor Hüqonun “Edama məhkumun son günü” əsərinin motivləri əsasında səhnələşdirilən eyniadlı tamaşanı Gəncə Dövlət Dram Teatrında nümayiş etdirib. 
    Tamaşanın quruluşçu rejissoru və musiqi tərtibatçısı Mir Qabil Əkbərov, quruluşçu rəssamı Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Səyyad Bayramov, xoreoqrafı Lamiyə Əliyevadır. Psixoloji dram janrında olan səhnə əsərində rolları Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Səməd Canbaxşiyev, gənc aktyorlar Mehri Nəbiyeva və Məmməd Mehdiyev oynayıblar.
    Tamaşa Gəncə teatrsevərləri tərəfindən alqışlarla qarşılanıb.
    Qeyd edək ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Ümummilli Lider Heydər Əliyevin 100, Azərbaycan peşəkar milli teatrının yaranmasının 150 illiyinə həsr edilmiş silsilə tədbirləri çərçivəsində Naxçıvan teatrının regionlara təşkil olunan qastrol səfərləri davam etdiriləcək.

Naxçıvan Muxtar Respublikası 
Mədəniyyət Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 03.10.2023 22:27