AZ EN RU

Yaponiyada yaşayan azərbaycanlı alim Xəlil Kələntərin Naxçıvan Dövlət Universitetində “Patentə gedən yol” adlı təlimi keçirilib

Naxçıvan Dövlət Universitetində elektronika sahəsində tanınmış azərbaycanlı alim Xəlil Kələntərin “Patentə gedən yol” adlı təlimi keçirilib. Alim apardığı tədqiqatların nəticələrini, ixtira və patentlərini seminar iştirakçılarının diqqətinə çatdırıb. Professor ənənəvi və müasir televizorların arxa fon işıqlarının strukturu, maye kristal ekranlar, 3D displeylər və digər ekran texnologiyaları (Mini-LED, Micro-LED, LCOS) barədə də danışıb. Xəlil Kələntər eyni zamanda özünün müəllif olduğu və bütün dünya ölkələrində geniş istifadə olunan “Backlight unit” və “Backlight optics” texnologiyaları barədə məlumat verib.
Professor Xəlil Kələntərin məruzəsi seminar iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb, qonaq universitet əməkdaşlarının çoxsaylı suallarını cavablandırıb.
Qeyd edək ki, professor Xəlil Kələntər əvvəlki və yeni nəsil monitorların yaradılmasında əvəzsiz xidmətləri olan alimdir. Bütün dünyada elektronika sahəsində tədris olunan onlarla kitabın, eləcə də, çoxsaylı elmi məqalələrin müəllifi olan Xəlil Kələntər həm də Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının üzvüdür.

Səadət Əliyeva NDU-nun Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsinin müdiri

Nəşr edilib : 13.10.2023 18:56