AZ EN RU

Yaponiyada 1,5 saatda 9 zəlzələ qeyd alınıb

Bu gün Yaponiyanın qərbindəki İşikava prefekturasının sahillərində 1,5 saat ərzində maqnitudası 5 ilə 7,6 arasında olan 9 zəlzələ baş verib.

Dövlət televiziyası NHK-nın canlı yayımında sahildə yaşayanlar üçün “Böyük sunamidən dərhal qaçın" xəbərdarlığı edilib.

Yaponiya Meteorologiya Agentliyinin bəyanatına görə, Noto yarımadasında və İşikava sahillərində ardıcıl zəlzələlər baş verib. Bölgədə 4-5 bal gücündə zəlzələlərin davam etdiyi bildirilib.

Nəşr edilib : 01.01.2024 18:04