AZ EN RU

Yanvar-may aylarında 5,9 faiz çox qaz ixrac olunub

Yanvar-may aylarında ölkədən 9 milyard 912,6 milyon kubmetr təbii qaz ixrac edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,9 faiz çoxdur.

Dövlət Gömrük Komitəsindən bildirilib ki, ixrac edilən təbii qazın dəyəri 3 milyard 451,1 milyon dollar olub.

Xatırladaq ki, 2023-cü ilin eyni aylarında Azərbaycandan 7 milyard 103 milyon dollar dəyərində, yəni, 9 milyard 362,7 milyon kubmetr təbii qaz ixrac edilib.

Nəşr edilib : 14.06.2024 11:32