AZ EN RU

Yanvar ayında 665 daşınmaz əmlak obyekti qeydiyyata alınıb

    Torpaq və daşınmaz əmlak obyektləri üzərində mülkiyyət hüquqlarının qeydiyyatının aparılması, onların müdafiəsi sahəsində işlərin daha səmərəli təşkili, həmçinin torpaqlardan təyinatına uyğun istifadə edilməsinə nəzarətin mütəşəkkil həyata keçirilməsi yanvar ayında da Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən diqqətdə saxlanılıb, vətəndaş müraciətlərinin operativ cavablandırılması təmin edilib. 
    Xidmət tərəfindən ötən ay 665 daşınmaz əmlak obyekti üzərində hüquqlar dövlət qeydiyyatına alınıb, 494 texniki sənəd hazırlanıb, ilkin qeydiyyat, bölünmə və birləşmə nəticəsində yeni yaranan 34 daşınmaz əmlak obyektinə ünvan verilib, 69 torpaq sahəsinin plan və ölçüsünə dair dövlət kadastr kitablarında qeyd aparılıb, məhdudiyyət və yüklülüyə dair 436 arayış verilib. Ay ərzində xidmətin fəaliyyət istiqamətləri üzrə təqdim etdiyi elektron xidmətlərə hüquqi və fiziki şəxslər tərəfindən daxil olan 82 müraciət qəbul edilərək icra olunması üçün aidiyyəti üzrə yönəldilib. 
    Cari ilin ilk ayında kənd təsərrüfatı təyinatlı torpaq sahələri və onların mülkiyyətçiləri haqqında əvvəllər yaranan hüquqlara dair 1004 məlumat daşınmaz əmlakın elektron qeydiyyat sisteminə daxil edilib. 4 ailə təsərrüfatına məxsus həyətyanı təsərrüfat binaları sənədləşdirilib, təsərrüfat fəaliyyəti ilə əlaqədar 3 ailə təsərrüfatının icarəsinə verilən torpaq sahələri üzərində hüquqlar dövlət qeydiyyatına alınıb.
    2022-ci ilin yekunlarının müzakirəsi və cari ildə qarşıda duran vəzifələrlə əlaqədar xidmətdə keçirilən kollegiya iclasında muxtar respublikanın torpaq fondundan təyinatı üzrə səmərəli istifadə edilməsinə nəzarətin daha da gücləndirilməsi ilə bağlı verilən tapşırıqlara uyğun olaraq tədbirlər görülüb, şəhər və rayon idarələrində rəqəmsal xəritəyə ümumi nəzarət həyata keçirilib.

Naxçıvan Muxtar Respublikası 
Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət 
Xidmətinin mətbuat xidməti

Nəşr edilib : 09.02.2023 21:05