AZ EN RU

Yanvar ayı ərzində Naxçıvan-Bakı-Naxçıvan istiqamətində 7 mindən artıq sərnişin daşınıb

Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabe qurumu “Dövlət Nəqliyyat Xidməti” publik hüquqi şəxsi tərəfindən yanvar ayı ərzində Naxçıvan-Bakı-Naxçıvan istiqamətində 7 mindən artıq sərnişin daşınıb.

Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi mütəmadi olaraq vətəndaşlarla görüşlər və monitorinqlər keçirir. Sərnişindaşıma xidmətində keyfiyyət göstəricilərinin artırılması istiqamətində müvafiq işlər görülür. Bu məqsədlə Babək rayonunun Araz kəndindən Nehrəm-Babək-Naxçıvan istiqamətində reyslərin sayı 6-ya çatdırılıb. Naxçıvan-Qahab-Naxışnərgiz istiqamətində isə dayanacaq məntəqəsi artırılaraq sakinlərin müraciətinə uyğunlaşdırılıb.

 Naxçıvan Muxtar Respublikası

 Rəqəmsal İnkişaf və Nəqliyyat

Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 16.02.2024 18:49