AZ EN RU

Yanğının qarşısı alınıb

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Babək rayon Cəhri qəsəbəsində yardımçı tikiliyə yığılan ot bağlamalarında yanğının baş verməsi barədə məlumat daxil olub. Dərhal əraziyə Naxçıvan şəhər və Babək Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğın daha geniş sahəyə yayılmasına imkan verilmədən söndürülüb.

Nəşr edilib : 19.08.2023 15:21