AZ EN RU

“Yağış yağır Şuşaya” adlı kompozisiya təqdim olunub

Naxçıvan Müəllimlər İnstitutunda Heydər Əliyev ili çərcivəsində 31 Dekabr-Dünya Azərbaycanlıların Həmrəyliyi Günü ilə əlaqədar institutun Təhsildə sosial psixoloji xidmət ixtisası üzrə təhsil alan birinci kurs magistrantı Lalə Fətəliyevanın “Zəfər bizimdir” layihəsinin ilk tədbiri “Yağış yağır Şuşaya” adlı bədii kompozisiya təşkil olunub.

Tədbirdə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

Naxçıvan Milli Dram Teatrının aktyoru Zakir Fətəliyev, magistrant Lalə Fətəliyeva və İnstitutun Tələbə Gənclər Təşkilatının fəal üzvlərinin kiçik rollarda iştirak etdiyi tədbir izləyicilər tərəfindən maraqla qarşılanıb.

Qeyd edək ki, layihə gələcək dövrlərdə müxtəlif auditoriyalarda, kütləvi zallarda ictimaiyyət üçün təqdim olunacaq.

Aygül MƏMMƏDOVA

Naxçıvan Müəllimlər İnstitutunun mətbuat və

ictimaiyyətlə əlaqələr xidməti

Nəşr edilib : 30.12.2023 17:12