AZ EN RU

Yağıntılı hava şəraiti davam edir

Naxçıvan Muxtar Respublikası ərazisində yağıntılı hava şəraiti davam edib, ayrı-ayrı yerlərdə intensiv xarakter alıb. 
"Şərq qapısı" xəbər verir ki, Naxçıvan şəhərində 15 mm, Şahbuzda 11 mm, Şərurda 1 mm, Ordubadda 7 mm, Culfada 12 mm, Kəngərlidə 15 mm, Biçənəkdə (Şahbuz) 4 mm, Küküdə (Şahbuz) 6 mm, Ərəfsədə (Culfa) 17 mm, Nüsnüsdə (Ordubad) 11 mm, Dırnısda (Ordubad) 16 mm, Nürgütdə (Ordubad) 17 mm,  və Parağaçayda (Ordubad) 11 mm olub. 

Nəşr edilib : 08.04.2024 11:34