AZ EN RU

XX əsrin yeni lideri

Babək Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Babək Rayon Təşkilatının və Babək Rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə tədbir keçirilib.

Babək Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Babək Rayon Təşkilatının və Babək Rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə tədbir keçirilib.

Tədbiri giriş nitqi ilə açan Yeni Azərbaycan Partiyası Babək Rayon Təşkilatının sədri İsa Məmmədov bu münasibətlə tədbir iştirakçılarının və Yeni Azərbaycan Partiyası Babək Rayon Təşkilatının 6688 üzvü adından Azərbaycan Respublikasının Prezidenti Canab İlham Əliyevi təbrik edərək ona möhkəm can sağlığı, Azərbaycanın gələcək inkişafı naminə böyük uğurlar arzulayıb.

Sonra təşkilatın sədri çıxışında bildirmişdir ki, Prezident İlham Əliyev 20 illik fəaliyyəti dövründə xalqa verdiyi vədləri bütünlüklə yerinə yetirib. Bu müddət ərzində ölkəmizin bütün sahələrdə sürətli inkişafına nail olunub, insanların rifah halı daha da yaxşılaşıb. Azərbaycanın siyasi, iqtisadi imkanları genişləndirilib, müasir ordumuz yaradılıb, ölkəmizin beynəlxalq arenadakı mövqeləri möhkəmləndirilib. Ən əsası isə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın ərazi bütövlüyü tam təmin edilib və Ulu Öndərin torpaqlarımızın azad olunması ilə bağlı müqəddəs arzusunu həyata keçirib. Azərbaycan xalqı 1991-ci ildən sonra ilk dəfə bu bayramı tam fərqli olaraq öz ərazi bütövlüyünü bərpa etmiş qalib xalq kimi qeyd edir.

Tədbirdə çıxış edən Babək Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Emin Məmmədxanlı qeyd etdi ki, bu gün artıq 20 ildir ki, Azərbaycana Heydər Əliyev yolunun layiqli davamcısı İlham Əliyev rəhbərlik  edir. Ümummili lider Heydər Əliyevin uğurlu siyasətini Azərbaycanın qəhrəman, xalqını hər şeydən uca tutan oğlu  İlham Əliyev həyata keçirir. Azərbaycan xalqının iradəsini ifadə edən İlham Əliyev müstəqil Azərbaycanın Prezidenti, həm də dünya azərbaycanlılarının lideridir.

 Babək Rayon Təhsil Şöbəsinin müdir əvəzi Toğrul Kərimovun, gənc partiya üzvü Nazlı Nəcəfovanın çıxışları dinlənildi.

Tədbir orta məktəb şagirdlərinin bədii qiraəti ilə davam etdirildi. 

Sonda Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri, Müzəffər Ali Baş komandan İlham Əliyevin 20 illik siyasi fəaliyyətinə həsr olunan film təqdim olundu.

Xəbərlər şöbəsi

Nəşr edilib : 19.10.2023 20:17