AZ EN RU

Xüsusi təyinatlı və avtomobil nəqliyyatı vasitələri payız-qış mövsümü istismarı şəraitinə keçirilir

    Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin iş planına uyğun olaraq Mülki Müdafiə Alayında və Dövlət Yanğın Təhlükəsizliyi İdarəsində avtomobil nəqliyyatı vasitələrinin payız-qış mövsümü istismarı şəraitinə keçidi ilə əlaqədar nümunəvi məşğələ təşkil olunub.
    Şəxsi heyətin bilik və bacarıqlarının təkmilləşdirilməsi məqsədilə keçirilən məşğələlərdə texnikalara, aqreqatlara və mexanizmlərə necə qulluğun göstərilməsi, tələb olunan sənədlərin hazırlanması və işlənilməsi qaydaları şəxsi heyətə çatdırılıb, yekunda xüsusi təyinatlı və avtomobil nəqliyyatı vasitələrinin payız-qış mövsümü istismarı şəraitinə keçid dövrünün təyin olunan müddətdə başa çatdırılması və təhlükəsizlik qaydalarına əməl edilməsi ilə bağlı komandir-rəis heyətinə tapşırıqlar verilib.

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin

mətbuat xidməti

Nəşr edilib : 05.10.2022 21:19