AZ EN RU

Xüsusi təyinatlı maşın-mexanizmlər alınacaq

Naxçıvanda ilin müxtəlif vaxtlarında iməciliklər, aksiyalar vasitəsilə yaşıllıq sahələrinin çoxaldılması, yol kənarlarına, ərazilərə yeni tinglərin əkilməsi diqqətdə saxlanılır. Yaşıllaşdırma tədbirlərinin aparılması və yaşıllıq sahələrinə xidmət etmək üçün xüsusi təyinatlı maşın-mexanizmlərin alınması nəzərdə tutulur.   

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin mətbuat xidmətindən aldığımız məlumata görə bu məqsədlə ötən il oktyabrın 24-də “Dövlət satınalmalarının vahid internet portalında” satınalma müsabiqəsi elan edilib. Noyabrın 23-də müsabiqə uğurla yekunlaşıb. Müsabiqədə iştirak edən şirkətlər arasında aparılmış qiymətləndirmə nəticəsində qalib elan edilmiş “BAKU UNİVERSAL SUPPLY” MMC ilə dekabrın 6-da satınalma müqaviləsi imzalanıb. Sözügedən tədbirlərin icrası məqsədilə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə ayrılmış 840.000,0 manat vəsaitin 469.256,0 manatı Azərbaycan Respublikasının Maliyyə Nazirliyindən sifariş edilib. Vəsait üzrə 370.744,0 manat məbləğində qənaət əldə olunub.

Nail ƏSGƏROV

Nəşr edilib : 25.01.2024 10:28