AZ EN RU

Xüsusi qayğıya ehtiyacı olan uşaqlara xeyriyyə tamaşası göstərilib

    Martın 10-da Məhəmməd Tağı Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrında 10 mart – Milli Teatr Günü münasibətilə Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə şəhid və qazi ailələrinin övladları, sağlamlıq imkanları məhdud uşaqlar,  həmçinin valideyn himayəsindən məhrum və aztəminatlı ailələrin uşaqları üçün “Keçinin qisası” tamaşası nümayiş etdirilmişdir.
    Quruluşçu rejissoru Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi Nadir Hüseynov olan tamaşada xeyirlə şərin mübarizəsindən bəhs edilir. 

    Quruluşçu  rəssamı Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Rafael Qədimov, bəstəkarı Əli Məmmədov, rejissor assistenti Ulduz Süleymanova olan tamaşada aktyorlar Ləman Vəliyeva, Ulduz Süleymanova, Sənan Abutalıbov, Arzu  Səfərov, İlham Babayev və digərlərinin təqdim etdiyi personajlar uşaqlar tərəfindən maraqla qarşılanıb.

Naxçıvan Muxtar Respublikası 
Mədəniyyət Nazirliyinin 
mətbuat xidməti

Nəşr edilib : 10.03.2022 21:27