AZ EN RU

Xüsusi qayğıya ehtiyacı olan ailəyə baş çəkilib

    Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Ordubad Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Ordubad şəhəri,  F.Zeynalov küçəsi, ev 12 ünvanında yaşayan xüsusi qayğıya ehtiyacı olan Əliyevlər ailəsinə baş çəkilib.
    Görüş zamanı adıçəkilən təşkilatların əməkdaşları bildiriblər ki, dövlətimiz tərəfindən xüsusi qayğıya ehtiyacı olan ailələrə daim diqqət və qayğı göstərilir, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması, müvafiq ailələrin sosial təminatlarının gücləndirilməsi istiqamətində ardıcıl olaraq tədbirlər həyata keçirilir.
    Sonra xüsusi qayğıya ehtiyacı olan ailənin problemləri ilə maraqlanılıb, uyğun köməklik göstərilib.
    Sonda ailənin üzvləri dövlətimiz tərəfindən onlara göstərilən dəstəyi yüksək qiymətləndirib, minnətdarlıqlarını bildiriblər.

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin
 mətbuat xidməti

 

Nəşr edilib : 18.07.2022 19:05