AZ EN RU

Xocavənddə baş verən terror aktı zamanı həlak olan DİN əməkdaşlarının sayı 4-ə çatıb

Xocavənddə baş verən terror aktı zamanı həlak olan Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşlarının sayı 4-ə çatıb.

Bu barədə Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin Mətbuat xidmətlərinin birgə məlumatında qeyd olunub.

Bildirib ki, törədilmiş terror aktı nəticəsində DİN-in əməkdaşları olan 1994-cü il 5 fevral təvəllüdlü Camalzadə Asim Knyaz oğlu, 1987-ci il 8 iyul təvəllüdlü Şirinov Ramil Arif oğlu, 1991-ci il 12 iyul təvəllüdlü Mahmudov Seymur Elsevər oğlu və 1998-ci il 21 iyul təvəllüdlü Zamanov Xəzər Azər oğlu hadisə yerində həlak olublar.

Nəşr edilib : 19.09.2023 11:06