AZ EN RU

Xocalıda xeyli sayda döyüş sursatı aşkar edilib

Qarabağ bölgəsində ərazinin mühəndis kəşfiyyatının aparılması zamanı Ermənistan silahlı birləşmələri və qeyri-qanuni erməni silahlı dəstələrinə məxsus xeyli sayda döyüş sursatı ilə dolu yeşiklər və artilleriya mərmiləri aşkar edilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən  verilən məlumata görə, Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələrinin fəaliyyəti nəticəsində Xocalı rayonu ərazisində aşkarlanan sursat və mərmilər müsadirə edilib.

Azad olunan ərazilərdə minaların və partlamamış döyüş sursatlarının aşkarlanaraq zərərsizləşdirilməsi, eləcə də mühəndis təminatı üzrə digər zəruri tədbirlər davam etdirilir.

Nəşr edilib : 02.07.2024 11:05