AZ EN RU

Xocalıda kütləvi məzarlıqda tapılan daha bir nəfərin şəxsiyyəti müəyyənləşib

Xocalıda kütləvi məzarlıqda tapılan daha bir nəfərin şəxsiyyəti məlum olub.
Bunu Baş prokurorluğun kriminalistika şöbəsinin rəisi Orxan Rzayev Xocalıda aşkar edilmiş kütləvi məzarlığa dair brifinqdə çıxışı zamanı deyib.
Şöbə rəisi bildirib ki, meyiti tapılan şəxslərdən 9 nəfərin kimliyi müəyyən olunub: “Xocalı sakini, 1952-ci il təvəllüdlü Şiraslan Məmiş oğlu Nəcəfova aid olduğu müəyyənləşib”.

Nəşr edilib : 18.03.2024 11:33