AZ EN RU

Xocalı – xalqımın qiyamətə qalmayan qisası

Ağappaq, lopa-lopa yağan gözoxşayan qar...Elə aramla, sakit-sakit yağırdı ki...Əlində isti çay pəncərədən təbiətin bu gözəlliyini seyr edən üçün möhtəşəm mənzərə idi...Amma lopa-lopa yağan qarda düşmənlərdən ailəsini xilas etməyə çalışarkən itirdiyi beş yaşlı qızını axtaran ata üçün bu qar sadəcə dəhşət saçırdı. Axtarmadığı yer qalmamışdı, axı bu qarda, soyuqda hara gedə bilərdi qızcığaz, düşündükcə dəhşətə gəlirdi ata, yoxsa körpəsi düşmən əlinəmi keçmişdi.? Yox, yox...Bunu düşünmək belə atanın ağlını başından çıxarırdı, çarəsizlikdən nə edəcəyini bilmir, sığınacaqda qızını həyəcanla gözləyən anasına nə deyəcəyini düşünürdü yazıq ata...Birdən qarşıda bir qızartı diqqətini çəkdi, yaxınlaşanda yerindəcə donub qaldı...Bu onun qızı idi, qanına qəltan edilmiş körpə qızı. Bütün güllə darağı qarnına boşaldılmışdı qızın, beş yaşlı bir qızcığazdan bu qədərmi qorxmuşdu mənfur düşmən, bir atəş səsi yetərdi o körpənin ölməsinə, bütöv bir güllə darağı nə idi, belə dəhşət olardımı, bu dərdə dözmək olardımı...? Axı qızı həmişə deyərdi ki, “Mənim atam hamıdan güclüdür “ Bəs hara getmişdi atasının gücü, qüvvəti, niyə əlini uzadıb qızına toxunacaq qədər gücü yox idi, necə olmuşdu ki, körpəsini qoruya bilməmişdi..? Var gücü ilə haray çəkmək istədi ata, amma səsi çıxmadı. Ehtiyatla əyilib qızının donmuş nəşini qollarına aldı... 30 il bundan öncə şaxtalı bir qış günündə – fevralın 26-da yaşanmış minlərlə dəhşətli hadisələrdən sadəcə biri idi bu.    

 Həmin gün yer üzündə tayı-bərabəri olmayan dəhşət yaşadı Xocalı. Elə bir dəhşət ki, 30 il keçməsinə baxmayaraq  nə yaramız qaysaq bağlayır, nə ağrımız azalır.         

Tarixin künc- bucağında sığıntı kimi yaşayan murdar qonşularımız “Dənizdən-dənizə böyük Ermənistan“ qurmaq üçün hər cür vəhşiliyə heç fikirləşmədən  “hə” deyirdilər. Hələ 1905- ci ildə Azərbaycan xalqının görkəmli ədiblərindən biri olan Ö. F. Nemanzadə “İrşad” qəzetində yazırdı: “Ermənilər bizi İrəvandan, Qarabağdan qovmağa çalışacaqlar. Biz bilməliyik ki, ermənilər bu yolda hər bir alçqaqlığa əl ata bilərlər. Onlar öz cinayətləri üçün tədricən planlar hazırlayır və onları həyata keçirməyə yollar axtarırlar.

 “Tarix göstərdi ki, dahi insanlar həqiqətən uzaqgörən olurlar, ədibin dedikləri sözbəsöz özünü doğrultdu. Öz xəyallarını həyata keçirmək üçün murdar planlar quran qonşularımız planlarını həyata keçirmək üçün canicə üsullara əl atdılar. Fevralın 25- dən 26- na keçən gecə Xocalıda elə cinayətlər törədildi ki, sözlər aciz qalır bu dəhşəti anlatmağa, izah etməyə...Ata- ananın gözü qarşısında övladın başını kəsmək, hamilə qadının qarnını yarıb uşağı çıxarmaq, körpələri süngüyə keçirmək, qocaların əlini, ayağını kəsmək, diri- diri insanların dərisini soymaq ... Bunlar sadəcə həmin gün törədilən vəhşiliyin bir qismidir, insanlığa sığmayan qəddarlıq, ağılın, düşüncənin dərk etməyə qadir olmadığı murdarlıqdır. Düşünürəm ki, tarix də utanır səhifələrində belə qəddarlığı əks etdirdiyi üçün, gələcək nəsillərə belə dəhşətləri çatdırdığı üçün. Amma mənfur düşmən etdiklərindən nə utandı, nə üzr istədi, işin qəribə tərəfi bu idi ki, caniliklərini dilə gətirməkdən də çəkinmədilər...  

 Qarabağ müharibəsində imzası olanlardan biri, hadisələrin iştirakçısı və icraçılarlndan olan Zori Balayan “Ruhumuzun canlanması“ adlı kitabında yazır:  “Xocalını ələ keçirdiyimiz zaman bir evə girdik, Xaçatur adında bir əsgərimiz 13 yaşlı bir türk uşağını pəncərəyə mismarladı. Mən ixtisasca həkim olduğum üçün üstümdə olan tibb bıçağı ilə uşağın başının, sinəsinin, qarnının dərisini soydum. Saata baxdım, düz yeddi dəqiqədən sonra uşaq öldü. Ruhum sevinclə qürrələndi. Mən bir erməni kimi öz vəzifəmi yerinə yetirdim. Bildim ki, hər bir erməni bizim etdiklərimizlə fəxr edəcək”. Bəli, milli mənliyi olmayan, heç bir mənəvi dəyərə malik olmayan ermənilər ancaq belə murdar cinayətlərlə fəxr edə bilər, gələcək nəsillərinə ancaq belə alçaq əməllər “ ərməğan “ edib gedə bilərlər.        

 Xocalı hadisəsindən 28 il sonra – 7 oktyabr 2020- ci ildə bütün Azərbaycan xalqının ürəyinin cəbhədəkilərlə bir vurduğu anda Ali Baş Komandandan belə bir tweet gəldi: “ Müzəffər Azərbaycan Ordusu Xocalının Qarabulaq, Moşxmaat kəndlərini işğaldan azad etmişdir! Eşq olsun Azərbaycan Ordusuna, Qarabağ Azərbaycandır”.         Qisas qiyamətə qalmamışdı, qanı, canı Vətən eşqilə yoğrulmuş vətən övladları Xocalıya daxil olmuşdular. Hər qarış Vətən torpağının azad olunması xəbərini qürurla və sevinclə qarşılayan xalqımın Xocalının adını eşitdikdə  göz  yaşı sel oldu, çünki Xocalının dərdi illərdir bizdə elə dərin yaralar açmışdı ki, bu xəbəri başqa cür qarşılamaq mümkün deyildi.

Azad olunmuş kəndlərin, ərazilərin sayı artdıqca Xocalı dərdinin sağalacağına da ümidimiz artmağa başladı. Günlər, aylar ötəcək dirçələcək, abadlaşacaq Xocalı. Orada yaşanan dəhşətlər heç vaxt unudulmayacaq, ancaq dirçəldikcə Xocalı daşa- torpağa hopmuş qan izləri silinəcək, həyat yenidən canlanacaq, uşaqların gülüş səsi gəldikcə qanına qəltan edilmiş körpələrin də ruhu dincələcək, narahat ruhlar rahatlaşacaq, çiçəklənəcək bütöv Azərbaycanım! 

İllər keçib getsə də, yaddaşımızın itməsinə izin verməyəcək, gələcək nəsillərə həqiqəti olduğu kimi çatdıracaq, dostunu, düşmənini düzgün seçməyi onlara öyrədəcək, “Vətən şəhidlərimizin əmanətidir“ fikrini onların qanına, canına hopduracağıq. Canları bahasına Vətən torpaqlarını azad edərək onlara firavan bir gələcək bəxş edən şəhidlərimizin xatirəsini həmişə əziz tutmağı, dəyərlərinə, keçmişinə sadiq, mərd övladlar  olmağı onlara aşılayacağıq.

 

Günel BAĞIROVA

Naxçıvan Qarnizonu tam orta məktəbin

Azərbaycan dili və ədəbiyyat müəllimi

Nəşr edilib : 25.02.2022 15:57