AZ EN RU

Xocalı soyqırımının 32-ci ildönümü qeyd edilib

Naxçıvan Şəhər İcra Hakimiyyətində bu münasibətlə keçirilən tədbirdə əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 
Naxçıvan Şəhər İcra hakimiyyəti aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı Orxan Məhərrəmov bildirib ki, Azərbaycan tarixində unudulmaz faciələrdən olan Xocalı soyqırımı hər il xalqımız tərəfindən anılır, şəhidlərimizin ruhuna dualar oxunur.
Naxçıvan Şəhər Təhsil Şöbəsinin müdiri vəzifələrini icra edən Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin sektor müdiri Gülxanım Orucova, Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin rəisi Tahir Məmmədli, Vətən müharibəsi qazisi Pərviz Muradov və Naxçıvan şəhər 6 nömrəli tam orta məktəbin tarix müəllimi Azad Şirzadov çıxış edib. Qeyd edilib ki, Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad edib, Xocalı soyqırımı qurbanlarının, şəhidlərin qisası alınıb. 
Sonda Naxçıvan şəhər 8 nömrəli tam orta məktəbin 6-cı sinif şagirdi Duyğu Abdullayeva “Xocalı” şeirini qiraət edib. “Tarixin izi ilə – Xocalı soyqırımı” filminə baxış olub.

Nəşr edilib : 26.02.2024 17:56