AZ EN RU

Xocalı soyqırımının 32-ci ildönümü anılıb

Şərur Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayon mədəniyyət sarayında Xocalı soyqırımının 32-ci ildönümü münasibətilə tədbir keçirilib.

Tədbir başlamazdan əvvəl Mədəniyyət Sarayının foyesində Xocalı soyqırımına həsr olunmuş sərgiyə baxış keçirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Yeganə Məmmədova Xocalı soyqırımının Azərbaycan tarixinin ən dəhşətli və faciəli səhifələrindən biri, erməni millətçilərinin xalqımıza qarşı iki yüz il ərzində apardığı etnik düşmənçiliyin növbəti mərhələsi  olduğunu diqqətə çatdırıb.

Tədbirin sonunda Xocalı soyqırımına həsr olunmuş film nümayiş edilib.

Nəşr edilib : 26.02.2024 20:07