AZ EN RU

Xocalı Soyqırımı qurbanlarının xatirəsini anmaq üçün türkiyəli alpinistlər Haçadağa yürüş edəcəklər

“Şərq qapısı” qəzeti xəbər verir ki, bununla əlaqədar olaraq muxtar respublikaya gələn alpinistlər bu gün Naxçıvan şəhərinin mərkəzində ucaldılan Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, Heydər Əliyev Muzeyi ilə tanış olublar. Daha sonra qonaqlar Türkiyə dövlətinin qurucusu Mustafa Kamal Atatürkün Naxçıvan şəhərində ucaldılan abidəsini ziyarət ediblər.
Qeyd edək ki, Türkiyənin İstanbul, Antalya, Qars, Ağrı və İğdır bölgələrindən gələn alpinistlər sabah Haçadağa yürüş edəcəklər. Alpinistlər zirvədə Azərbaycan və Türkiyə bayraqları açıb, həm Xocalı, həm də İkinci Qarabağ müharibəsi şəhidlərini anaraq qazanılan zəfəri qeyd edəcəklər.

Nəşr edilib : 23.02.2024 17:15