AZ EN RU

Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib

Ulu Öndər Heydər Əliyevin "Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında" 1997-ci il fevralın 25-də imzaladığı Sərəncamla hər il fevral ayının 26-sı saat 17:00-da ölkəmizdə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunur. 
Ölkəmizin hər yerində olduğu kimi, Naxçıvan Muxtar Respublikasında da  Xocalı soyqırımı faciəsinin 32-ci ildönümündə  saat 17:00-da qanlı faciə qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Nəqliyyatın, eləcə də həmin vaxt xətdə olan sərnişin qatarlarının hərəkəti dayandırılıb.

Nəşr edilib : 26.02.2024 17:00