AZ EN RU

Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib

Görkəmli dövlət xadimi Heydər Əliyevin 1997-ci il fevral ayının 25-də imzaladığı Sərəncamla hər il fevralın 26-sı saat 17:00-da Azərbaycan Respublikasının bütün ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsi ehtiramla anılaraq bir dəqiqəlik sükutla yad edilir.

Naxçıvan Muxtar Respublikasında da  hər il olduğu kimi, dünən Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, nəqliyyatın hərəkəti dayandırılıb. Həmin vaxt xətdə olan sərnişin qatarlarının da hərəkəti dayandırılıb.

 

Xəbərlər şöbəsi

Nəşr edilib : 26.02.2022 17:32