AZ EN RU

Xocalı rayonu ərazisində artilleriya mərmiləri aşkarlanıb

Azərbaycanın Qarabağ bölgəsində əraziyə baxış zamanı Xocalı rayonunda artilleriya mərmiləri aşkarlanıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, Ordumuzun mühəndis-istehkam bölmələri tərəfindən aşkar edilmiş 8 ədəd 122 millimetr zirehdələn, 273 qəlpəli-fuqaslı və 285 ədəd 122 millimetr top mərmiləri arxalığı təhlükəsizlik qaydalarına riayət edilməklə ərazidən müsadirə edilib.

Nəşr edilib : 05.02.2024 16:56