AZ EN RU

Xocalı faciəsi qurbanlarının xatirəsi Haçadağın zirvəsində anılıb

Naxçıvan Muxtar Respublikası Hava və Ekstremal İdman Növləri Federasiyası bugün Xocalı soyqırımı qurbanlarını anıb.
Federasiya üzvləri Xocalı həqiqətlərini daha geniş ictimaiyyətə çatdırmaq məqsədilə Haçadağa qalxıb. 11 dağçı dəniz səviyyəsindən 2415 metr yüksəkliyi olan Haçadağın zirvəsinə dırmanıblar. Zirvədə şəhidlərimizin və Türkiyədə zəlzələ nəticəsində həyatını itirmiş insanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Azərbaycan Respublikasının və Türkiyə Respublikasının Dövlət himnləri səsləndirilib.

Ceyhun Məmmədov

Nəşr edilib : 26.02.2023 00:39