AZ EN RU

XİN: "İrandakı diplomatik missiyamıza qarşı əvvəllər də təhdid cəhdləri olub"

"İrandakı diplomatik missiyamıza qarşı əvvəllər də təhdid cəhdləri olub".

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin ölkəmizin İrandakı səfirliyinə qarşı törədilən terror aktı ilə bağlı yaydığı bəyanatda qeyd edilib.

Bildirilib ki, bu kimi halların qarşısının alınması, diplomatik missiyalarımızın təhlükəsizliyinin təmin edilməsi üçün tədbirlər görülməsi İran qarşısında davamlı qaldırılıb: “Təəssüf ki, son qanlı terror hücumu bu istiqamətdə təkidli müraciətlərimizə lazımi həssaslıq göstərilməməsinin ağır fəsadlarını nümayiş etdirir.

Son zamanlar İranda ölkəmiz əleyhinə anti-Azərbaycan kampaniyasının aparılmasının diplomatik missiyamıza qarşı bu kimi hücumlara rəvac verdiyi qənaətindəyik”.

Nəşr edilib : 27.01.2023 14:08