AZ EN RU

XİN: İndiyədək 464 nəfər zəlzələ bölgəsindən Azərbaycana təxliyə olunub

İndiyədək Türkiyənin Kahramanmaraş və ətraf vilayətlərində baş vermiş dağıdıcı zəlzələdən zərər çəkmiş 464 Azərbaycan vətəndaşı və onların yaxın ailə üzvləri olan xarici ölkə vətəndaşları zəlzələ bölgəsindən Azərbaycana təxliyə edilib.

Bu barədə Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə bildirib.

O deyib ki, hazırda təxliyə prosesi davam etməkdədir.

Nəşr edilib : 13.02.2023 14:19