AZ EN RU

XİN: Ermənistanın yerləşdirdiyi minalar Azərbaycanda insan həyatı üçün təhlükə yaratmağa davam edir

"Ermənistanın yerləşdirdiyi minalar Azərbaycanda insan həyatı üçün təhlükə yaratmağa davam edir".

Bunu Azərbaycan Xarici İşlər Nazirliyi "X" hesabında paylaşımında bildirib.

"Bu gün Şuşa və Füzuli rayonlarında mina partlaması nəticəsində daha iki azərbaycanlı mülki şəxs ağır yaralanıb. 44 günlük müharibənin bitməsindən bəri (mina partlayışı - red.) qurbanların sayı 340 nəfərə çatıb",- XİN paylaşımda qeyd edib.

Nəşr edilib : 07.12.2023 17:29