Son illərdə mina partlayışlarının 55 faizindən çoxu Ermənistan tərəfindən təhvil verilən xəritələrdən kənar ərazilərdə baş verib.
Bu barədə Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilib.
Bir daha xatırladılıb ki, 2020-ci il Vətən müharibəsinin başa çatmasından etibarən bu günədək 342 nəfər vətəndaşımız mina partlayışından zərər çəkib, onlardan 3-ü jurnalist olmaqla, 65 nəfər həyatını itirib. Həlak olan 65 nəfərdən 50 nəfəri mülki şəxsdir.
Eyni zamanda, vurğulanıb ki, son 30 il ərzində itkin düşmüş 4000-ə yaxın azərbaycanlıların aqibəti, habelə azərbaycanlıların dəfn olunduqları kütləvi məzarlıqların yerləri barədə Ermənistan tərəfindən məlumatların təqdim edilməsi məqsədilə təxirəsalınmaz tədbirlər görülməlidir.