AZ EN RU

XİN: "Ermənistan Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı addımlardan çəkinməlidir"

"Ermənistan Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı addımlardan çəkinməlidir".

Bu barədə Azərbaycan Xariic İşlər Nazirliyinin Ermənistanın baş naziri Nikol Paşinyanın iyunun 16-da hökumət iclasında çıxışı zamanı səsləndirdiyi iddialarla bağlı şərhində əksini tapıb.

Bildirilib ki, Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusunun yaralanması ilə nəticələnmiş hücumdan sonra bu təxribatın səbəblərinin araşdırılması, sərhəd-buraxılış məntəqəsinin və oradan keçidin təhlükəsizliyinin təmin edilməsi məqsədilə Azərbaycan tərəfindən həyata keçirilən müvafiq tədbirlərin “blokada” kimi qiymətləndirilməsi qəbuledilməzdir.

Vurğulanıb ki, Ermənistan əsassız bəyanatlar vermək əvəzinə, təxribatlardan əl çəkməyi, sülh sazişi üzrə danışıqlara və bölgədə kommunikasiyaların açılması məsələsinə məsuliyyətlə və konstruktiv şəkildə yanaşmağı, qüvvələrinin Azərbaycan ərazilərindən tam çıxarılması daxil olmaqla üçtərəfli bəyanatdan irəli gələn öhdəliklərə riayət etməyi, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı addımlardan çəkinmək tələb edilir.

Nəşr edilib : 16.06.2023 15:23