AZ EN RU

XİN “Diplomatiya könüllüləri” qrupuna qəbul elan edib

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin (XİN) nəzdində fəaliyyət göstərən “Diplomatiya könüllüləri” qrupuna könüllülərin qəbulu elan edilib.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildirilib ki, könüllü sıralarına qoşulmaq istəyən namizədlər üzvlük üçün müəyyən olunmuş tələblərə uyğun şəkildə XİN-in rəsmi internet səhifəsindəki elektron xidmət vasitəsilə müraciət edə bilərlər.
Qəbul üçün son müraciət tarixi cari il iyun ayının 10-dur.
Tələblərə uyğun namizədlərin ixtisas, siyasi bilikləri, dil bilikləri, ümumi dünyagörüşünün yoxlanılması məqsədilə müsahibə mərhələsinə dəvət olunması nəzərdə tutulur.
Müsahibələrin keçirilmə tarixləri ilə bağlı məlumat daha sonra elan ediləcək.

Nəşr edilib : 24.05.2024 19:38