AZ EN RU

XİN diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı gününü təbrik edib

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) diplomatik xidmət orqanlarının əməkdaşlarının peşə bayramı gününü təbrik edib.

Bu barədə nazirliyin tviter hesabında paylaşım edilib.

“9 iyul diplomatik xidmət orqanlarının əməkdaşlarının peşə bayramı günüdür.

Xarici İşlər Nazirliyində və Azərbaycanın xaricdəki 89 diplomatik nümayəndəliyində çalışan həmkarlarımızı ürəkdən təbrik edir, şərəfli və məsuliyyətli işlərində daim müvəffəqiyyətlər arzulayırıq!”, - deyə paylaşımda qeyd olunub.

Nəşr edilib : 09.07.2023 10:05